Flanşların əsas istifadə istiqaməti boru kəmərlərinin müxtəlif avadanlıqalarla birləşdirilməsi, möhkəmləndirici məhsulların boru kəmərlərinə qoşulması, habelə boru kəmərlərinin bir birinə qoşulmasıdır. Flanş birləşmələrinin əsas üstünlükləri onların istehsalının sadəliyi, strukturun möhkəmliyi və yüksək hermetikliyi təmin etməsindədir. Bundan əlavə, onlar rahatlıqla yığılıb və lazım olduqda sökülə bilirlər. Onuda qeyd etmək lazımdır ki, flanşlar həmçinin müxtəlif mexaniki və optik cihazlarda, vakkum qurğularında və sistemlərində, habelə digər bir çox məhusllarda geniş istifadə olunur.